9 İyul 2016 09:47
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunda Bakıdakı 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki “ASAN xidmət” mərkəzlərinə “Azəriqaz” İstehsalat Birliyi (İB) ilə bağlı ümumilikdə 6 min 213 müraciət daxil olub.

SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.


Müəllif: