“Brent” markalı neftin bir barrelinin qiyməti 45 dolları ötüb.
Teleqraf.com xəbər verir ki, “Brent” neftinin bir barrelinin qiyməti son iki həftədə ilk dəfə 45 dollar həddini keçib. Hazırda “Brent” neftinin bir barreli Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında 45,20 dollara satılır.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Layt” markalı neftin bir barreli 42,93 dollardan alıcı axtarır.