Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar bahalaşaraq 45,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 47,78 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,80 dollar bahalaşaraq 47,91 dollar təşkil edib.