28 Sentyabr 2016 10:08
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının bölgədəki rəqibi İranla gələcəkdə hasilata dair razılığa gələ biləcəyinə işarə etməsilə neftin qiymətinin düşməsi dayanıb.

Teleqraf.com "Marja"ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih Əlcəzairin paytaxtında verdiyi açıqlamada OPEK-in noyabr ayında keçirilməsi nəzərdə tutulan iclasında neft hasilatının dondurulması ilə bağlı razılaşmanı mümkün sayıb.

O, eyni zamanda, İran, Liviya və Nigeriyaya maksimum səviyyədə neft istehsal etməyə iczə verilməsini də istisna etməyib.

Beynəlxalq Enerji Agentliyinin İcraçı direktoru Fatih Birol, qlobal istehsalın 2017-ci ilin sonlarına qədər tələbi keçəcəyini qeyd edib.

Neft istehsalının dondurulması təklifi bu ilin fevral ayında gündəmə gətirilmiş, ancaq aprel OPEK-in aprel toplantısında bu məsələdə razılığa gəlinməmişdi.

OPEK-in növbəti rəsmi görüşü noyabr ayında Vyanada keçiriləcək.


Müəllif: