27 Oktyabr 2016 13:08
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov oktyabr ayının 25-dən Niderland Krallığında rəsmi səfərdədir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləşdirməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfaıtının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə müdadiləsinin aparılmasıdır.

Bununla yanaşı səfər çərçivəsində iki ölkə arasında aqrar sahədə davamlı və dayanıqlı inkişafı təmin etmək məqsədi ilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələləri əsas müzakirə mövzularından biridir.

Səfər çərçivəsində oktyabrın 26-da kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam ilə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, kənd təsərrüfatının müxtəlif sahələrinə yeni və innovativ texnologiyaların tətbiqi, investorların cəlb olunması, elm və təhsil sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nazir Heydər Əsədov Azərbaycan tərəfinin südçülük, süd məhsullarının istehsalı, toxumçuluq, elm və təhsil sahəsinin inkişafı, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı istiqamətində Niderland Krallığı ilə əməkdaşlıq etməyə hazır olduğunu xüsusi ilə vurğulayıb.

Niderlandın kənd təsərrüfatı naziri cənab Martijn van Dam Azərbaycan haqqında məlumatlı olduğunu və ölkənin davamlı inkişafından xəbərdar olduğunu vuğulayaraq Azərbaycanla kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşılığa hazır olduğunu xüsusi ilə qeyd edib.

Nazir Heydər Əsədov Niderlandın kənd təsərrüfatı nazirini və bu ölkənin aqrar sahədə fəaliyyət göstərən şirkətlərini Azərbaycana səfərə dəvət edib.

Səfər davam edir.

İlhamə ƏBÜLFƏT


Müəllif: