Maliyyə naziri Samir Şərifov Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin qaldırılması ilə bağlı qərarına münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, Samir Şərifov bildirib ki, iki gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib:
“Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir”.
S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
Nemət