Teleqraf.com xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxış edərkən bildirib.
Nazir deyib ki, dövlət borcunun idarə edilməsi üzrə strategiya hazırlanır.
S.Şərifov qeyd edib ki, neftdən asılılığın aradan qaıdırlması istiqamətində mühüm tədbirlər görülür:
“Ötən ilin ağır olmasına baxmayaraq, dövlət büdcəsi ilə mühüm sosial vəzifələrin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Bu, həm dövlət, həm də özəl subyektlərə aiddir. Dividentlərlə bağlı proqnoz göstəricinin icra olunmaması maliyyə sektorundakı itkilərlə bağlı olub. Dividentlər maliyyə sektorunda fəaliyyət göstərən maliyyə qurumları tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Devalvasiya nəticəsində itkilər vardı, bununla bağlı dividendlərin ödənilməsində azalma olub”.