Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi avqustun 2-si ilə müqayisədə dəyişməyərək 1,7008 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşaraq 2,0149 manat olub.
Rusiya rublu da avqustun 2-si ilə müqayisədə cüzi ucuzlaşaraq 0,0281 manat səviyyəsində qərarlaşıb.
1 türk lirəsi 0,4811 manat, 1 gürcü larisi isə 0,7084 manatdır.