3 Avqust 2017 14:29
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu satması ilə bağlı xəbərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) heç bir adiyyəti yoxdur.

Bu barədə Teleqraf.com-a ARDNF-dən məlumat verilib.

ARDNF-dən bildirilib ki, hazırda Fondun ixtiyarında 30,2 ton qızıl ehtiyatı var: “Həmin qızıl Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Hazırda həmin həcmdə qızılı satmağı və ya valyutaya dəyişməyi planlaşdırmırıq. 30 tondan artıq qızıl gələcək üçün nəzərdə tutulub”.

Bu gün “Report” Ümumdünya Qızıl Şurasına (World Gold Council) istinadla Azərbaycanın bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satdığı barədə məlumat yayıb.


Müəllif: İlhamə Əbülfət