10 Avqust 2017 09:51
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:32

Dünya birjalarında neft bahalaşıb.

Teleqraf.com xəbər verir ki VTİ neftinin qiyməti 1 barrelə görə 0,19 dollar artaraq 49,60 dollar təşkil edib.

“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,52 dollar bahalaşaraq 52,75 dollar olub.

Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 53,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,86 dollar/barel çoxdur.

Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 53,37 dollar/barel, Novorossiysk limanında isə 50,99 dollar/barel təşkil edib.


Müəllif: Teleqraf.com