“Qazprom eksport” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz nəqlinin bərpası ilə bağlı razılıq əldə edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müqavilə noyabrın 21-də imzalanıb.
Bu gündən qazın nəqli bərpa edilib.
Razılaşmaya əsasən, Azərbaycana 1,6 milyard kub rus qazı idxal ediləcək. “Qazprom eksport”un baş direktoru Yelena Burmistrova məsələ ilə bağlı bunları deyib:
“Rusiya ilə Azərbaycan arasında qaz idxalı sahəsində geniş əməkdaşlıq potensialı var. Qeyd etmək xoşdur ki, bu münasibətlər uğurla inkişaf edir və yeni səviyyəyə çıxır”.