29 Noyabr 2017 12:06
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan daha 10 ölkə OPEC+ razılaşmasına qoşula bilər.

“Report”un Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə TASS agentliyinə OPEC-dəki mənbə deyib.

Mənbənin məlumatında deyilir ki, bu ölkələr arasında Türkmənistan, Özbəkistan, Boliviya, Çad, Konqo, Qana, Kot-dİvuar, Seneqal, Misir və Uqanda var.

Qeyd edək ki, OPEC üzvləri və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada III iclası noyabrın 30-da keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər