24 Dekabr 2017 13:44
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli mütəxəssis, professor Çətin Koç bitkoin ilə bağlı maraqlı faktlar açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssis bitkoinin bir neçə saniyədə çökə biləcəyini bəyan edib.

“İnsanlar nəğd pulu götürüb Bitkoinə yatırarsa, geri ala bilməz. Bitkoin vasitəsilə alqı-satqı edən şirkət və şəxslərə güvənməməyi tövsiyə edirəm. Son günlərdə buna bənzər Litekoin şirkətinin qurucusu öz qurduğu şirkətdə bütün səhmlərini satıb çıxdığını gördük. Oxşar halların artacağını görəcəyik. Buna bənzər qəribə situasiyaların yaşanacağı bu günlərdə Bitkoinin qiyməti də artıb-azalacaq. Hökumətlərin də Bitkoinə bənzər rəqəmsal pula inamsızlığı böyük problemdir”.

Çətin Koç bitkoin alanların qarşılaşa biləcəkləri neqativ hallardan da danışıb:

“Bitkoin emal etmək üçün xərclənən günlük enerji sərfiyyatı Sibir və İrlandiyanın enerji sərfiyyatından daha böyükdür. Bitkoinin əməliyyatlarını daimi canlı tuta bilmək üçün onun əməliyyat sisteminin daimi işlək vəziyyətdə olması vacibdir. Bu isə, milyonlarla kilovat saat enerjinin sərf olunması deməkdir. Hazırda, Bitkoinin 35 teravatt saat enerji sərfiyyatı var. İrlandiya kimi sənaye ölkəsinin enerji sərfiyyatı isə 32 teravatt saatdır. Ən pisi isə, bu rəqəm hər il 30% artacaq. Yəni, 2019-cu ilin iyulunda ABŞ-ın enerji sərfiyyatına çatacaq. Bu enerjini istehsal etmək isə mümkün görsənmir. Digər tərəfdən Bitkionin hədəfi 1 trilyon dollara çatmaqdır. Əgər, Bitkoin 1 trilyon dollara çatarsa, dünyanı 2008-ci ildən daha ağır iqtisadi böhran gözləyəcək”.


Müəllif: İlhamə Əbülfət