Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf.com-a açıqlamasında deyib ki, növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində xüsusi bir dəyişiklik gözlənilmir.
Onun sözlərinə görə, iyul ayının 29-dək hava şəraiti sabit, yağmursuz keçəcək: "Havanın temperaturu bölgələrdə 36-41, Bakıda 32-37, Dağlıq ərazilərdə 27-32 dərəcə isti təşkil edəcək. Yəni temperatur rejimində xüsusi bir dəyişiklik gözlənilmir".
Küləyə gəlincə mütəxəssis bildirib ki, növbəti iki gündə Azərbaycan ərazisində şimal-şərq küləyi əsəcək.