Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkədə xüsusi təhlükəli hidrometeoroloji hadisə barədə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.