17 Dekabr 2018 14:21
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK-in neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərarı “qara qızılın” qiymətlərinin artırmaq yox, stabilləşdirmək məqsədi daşıyır.

Bunu Teleqraf.com-a iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır: ”Son 2 ayda Brent markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq şist neft hasilatında da artımlar var. Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər.

Bu isə Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də yaxşı siqnal olmayacaq.

Neft bazarındakı mövcud qiymət dəyişmələri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur”.


Müəllif: Aytən