3 Sentyabr 2014 15:53
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələn il Azərbaycanda keçiriləcək "Avropa Əl Oyunları” ilə bağlı olaraq Abşeron yarımadasında tele-kommunikasiya sistemlərinin genişləndirilməsi həyata keçirilir".

Teleqraf.com saytı bildirir ki, bunu jurnnalistlərə açıqlamasında, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu infrastrukturun ümumi inkişafı Dövlət Neft Fondu ilə birlikdə həyata keçirilən internet sorğu layihəsi əsasında aparılır: “Bəzən bu layihə texniki səbəblərə görə müəyyən müddətə ləngiyir, amma ləngiməyə baxmayaraq, son zamanlarda bu məsələlərin həlli öz həllini tapıb. Yaxın vaxtlarda bu layihələrin həyata keçirilməsi, o cümlədən yeni tenderlərin elan olunması, özəl şirkətlərin bu layihələrə cəlb olunmasını təmin edəcəyik. Bunlar da öz növbəsində tək Bakıda deyil, bütün rayonlarda bütün tədbirlərin, o cümlədən “Avropa Əl Oyunları”nın keçirilməsinə şərait yaradacaq.”

İlhamə


Müəllif: