14 Aprel 2019 13:34
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu yaz özün bir təbiət yarat" devizi ilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya bu gün jurnalistlərin binası qarşısında təşkil olunub.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tinglik sahələrində yetişdirilən müxtəlif cinsli 300 ədəd meyvə və şam ağacı əkilib. Jurnalistlərlə birgə ağacəkmədə nazirliyin əməkdaşları da iştirak edib.

Xatırladaq ki, jurnalistlərin təşəbbüsü ilə payızda keçirilmiş aksiyada jurnalistlərin binasının ətrafında 200-dən artıq ağac əkilmişdi.


Müəllif: Teleqraf.com