Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiyaya təbii qazın nəqlinin dayandırılmasına aydınlıq gətirib.
“APA-Economics”in məlumatına görə, R. Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu gün ARDNŞ-in əsas məqsədi ölkədə qazlaşmanı və qaz sistemlərini təmir edib başa çatdırmaqdır: “Təmir işləri başa çatmalıdır ki, qışda əhali problemlə üzləşməsin. Ölkənin qaz sistemləri çox köhnədir. Bütün yayı biz qışa hazırlıqlar görmüşük. Əsas məqsədimiz ölkənin şimal zonalarını qazla təmin edilməsidir ki, bu regionda da qazlaşmanı artırırıq. Artıq Qusar rayonunun ucqar kəndlərində qazlaşma işlərinə başlanılıb”.