4 Avqust 2019 17:45
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbiəti Qoruma Təşkilatı iqlim dəyişikliyi ilə mübarizə aparmaq və təbiəti qorumaq üçün torpaqda parçalana bilən yeni plastik material hazırlayıb.

Teleqraf.com xəbər verir ki, təşkilatın rəhbəri Tony Bova yeni plastik növün istehsalının təbiəti qorumaq üçün mühüm nailiyyət olduğunu deyib.

Mütəxəssislər yeni plastik növün əhəmiyyətindən danışarkən bildiriblər ki, bir çox evdə plastik qabda çiçək saxlanılır. Lakin bu qablar çiçəklərin inkişafına mənfi təsir edir. Yəni çiçək kök inkişafını tam təmin edə bilmir. Belə qablar yararsız hala düşdükdə isə onu atmağa məcburuq. Ancaq bu qablar torpaqda çürüməyə məruz qalmır, təbiətə, canlılara ziyan vurur.

Yeni plastik material isə torpaqda müəyyən dövrdən sonra bioloji parçalanmaya məruz qalır. Torpaqdakı və ya gübrədə olan müxtəlif mikroorqanizmlər onları qida kimi istehlak edə bilir. Ağacdan hazırlandığı üçün parçalanan zaman torpağı karbonla zənginləşdirir.


Müəllif: Teleqraf.com