Lüks və idman avtomobillərinin istehsalında Böyük Britaniyanın, hətta dünyanın aparıcı markalarından olan “Aston Martin” koronavirus səbəbindən 500 işçisini ixtisar edir.
Teleqraf.com xəbər verir ki, 2020-ci ilin ilk rübündə şirkət vergidən əvvəl cəmi 119 milyon funt sterlinq zərər edib.
“Aston Martin” bu itkidən qurtarmaq üçün 28 milyon funt sterlinq dəyərində yeni tədbirlər görür.
Şirkətin verdiyi açıqlamaya görə, “Aston Martin” qısa müddətdə müvafiq birliklərlə məsləhətləşməyə başlayacaq və 500 işçisi ilə yollarını ayıracaq. Bu addım sayəsində şirkətin idman avtomobilinin istehsalı azalacaq və "əsas sıfırlama" adlanan tarazlaşdırma siyasətini ön plana çıxaracaq. Bu yolla şirkət hər il 8 milyon sterlinq qənaət edəcək.
Qeyd edək ki, “Aston Martin” 2020-ci ilin yanvar ayının sonlarında 10 milyon funt sterlinq maliyyə itirdiyini elan etmişdi. Şirkət əlavə olaraq marka əməliyyat xərclərindən də 10 milyon sterlinq qənaət etməyi hədəfləyir.
Şirkətin illik kapitalı da 10 milyon funt sterlinqə endiriləcək. “Aston Martin”in 2020-ci ildə yenidən qurulması xərclərinin 12 milyon funt sterlinq olacağı gözlənilir.