Azərbaycan Mərkəzi Bankı iyunun 10-dan etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, iyunun 10-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 0,05% artaraq 1,9282 manat, Rusiya rublunun məzənnəsi isə 1,2% azalaraq 0,0248 manat, 1 türk lirəsi 0.2505 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5557 manat təşkil edib.