30 İyun 2020 15:35
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) Bakıda özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, qurumun bununla bağlı yaydığı açıqlamada deyilir:

"Hazırda yalnız banklar və onların filialları, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. AMB "Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verməyib. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur".


Müəllif: Teleqraf.com