"6 ay ərzində iqtisadi gəlirlərdən 3,5 faizi azalma müşahidə olundu".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Lakin bu, elə də pis nəticə deyil. Paralel olaraq kənd təsərrüfatı sahəsində artımlar müşahidə olundu".
O qeyd edib ki, büdcəyə dəyişikliklə bağlı müzakirələr davam edir:
"Xərclərdə normal dinamika var. Bu gün büdcəyə dəyişiklik edilməsinə ehtiyac yoxdur".