8 Avqust 2020 01:36
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriptovalyutaların ümumi bazar həcmi 357 milyard dolları ötüb.

Teleqraf.com xəbər verir ki, ümumi yüksəliş tendensiyasının təsiri ilə son 24 saat ərzində bazarın ümumi həcmi 5 milyard dollardan çox artıb.

Son sutka ərzində dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri isə 1,35 faiz artaraq 11 min 801 dollar 13 sentə çatıb. Bitkoinin ümumi bazar həcminin 60.9 faizini təşkil edir (217,77 milyard dollar).

Ümumilikdə 100 ən böyük elektron pul vahidinin 2-də azalma, 10-da artım olub.

Qeyd edək ki, bazar günü bitkoinin 12 min dolları keçib, ümumi bazar həcmi 221.95 milyard dollar olub.


Müəllif: Yeganə Oqtayqızı