26 Avqust 2020 19:55
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moddy`s" beynəlxalq agentliyi ilin əvvəlindən bəri 51 ölkənin kredit reytinqi proqnozunu “mənfi”, 23-nü isə aşağı səviyyəyə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.

Agentlik yanvar-avqust ayları arasında koronavirus səbəbiylə 30 ölkəyə təsir göstərən 40 mənfi kredit auksionu həyata keçirib.

Moody's Şimali və Latın Amerikası bölgəsindən 11, Orta Şərq və Afrika bölgəsindən 9, Asiya Sakit okean bölgəsindən 3 ölkənin kredit reytinqini aşağı salıb.

Təşkilat Rumıniya, Səudiyyə Ərəbistanı, Argentina, Kosta Rika, Ekvador, Seneqal və Omanın kredit reytinqi proqnozunu “mənfi" olaraq dəyişdirib.

Avropada kredit reytinqində dəyişiklik yoxdur.

Agentlik Hindistanın kredit reytinqi proqnozunu "mənfi" olaraq təsdiqləyib, Hong Kongun kredit reytinqi proqnozunu "stabil" olaraq dəyişdirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər