12 Sentyabr 2020 10:11
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft ixracatçı şirkətləri neft bolluğu ehtimalı ilə saxlama qabiliyyətli nəhəng tankerlər icarəyə götürürlər.

Teleqraf.com xəbər verir ki, gəmi nəqliyyatı brokerlərinin icarə müqavilələrində artım var.

Enerji şirkətləri koronavirus epidemiyasının yeni dalğası gələrsə, çoxalan neft ehtiyatlarını icarə tankerlərində saxlamağı planlaşdırırlar.

Bu icarə yarışının Səudiyyə Ərəbistanını, Rusiyanı və OPEK-in digər üzvləri narahat edəcəyi ehtimal olunur. Eynilə bu icarə müqavilələri OPEC+ koalisiyasının bu yay istehsal kəsintisinə getdikdən sonra bazarlarda yeni bolluq gözlədinilyinin göstəricisidir.

Dünyanın ikinci ən böyük müstəqil neft şirkəti olan “Trafigura Group” yaxın günlərdə ümumilikdə 24 milyon barel neft saxlaya bilən onlarla supertanker icarəyə götürüb.

Gəmi nəqliyyat brokerlərin siyahısına görə, təxminən 18 oxşar icarə müqaviləsi imzalanıb. Müqavilələr arasında Niderlandın “Royal Dutch Shell”, Hollandiyanın “Vitol Group” və Rusiyanın “Lukoil” kimi enerji şirkətləri var.


Müəllif: Yeganə Oqtayqızı