30 Sentyabr 2020 15:43
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib.

Teleqraf.com xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirilib.

Nəticədə cari ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111,8 milyon manat azdır.

2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq əməliyyat aparıb.


Müəllif: Yeganə Oqtayqızı