16 Oktyabr 2014 07:15
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının İSO-17025 akkreditasiyasından Latviya Dövlət Akkreditasiya təşkilatı (LATAK) tərəfindən keçirilməsi nəzərdə tutulub.

“Azərsu” ASC-dən Teleqraf.com-a bildiriblər ki, akkreditasiya məsələlərinin müzakirə olunması, eləcə də LATAK-ın yaranmasının 20 illik yubiley tədbirində iştirak etmək üçün mərkəzi laboratoriyanın mütəxəssisləri Latviyada səfərdədirlər.

Nümayəndə heyəti LATAK-ın rəhbərliyi ilə görüşüb. Görüşdə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında görülən işlər və akkreditasiyaya hazırlıqla bağlı görülmüşişlər barədə latviyalı mütəxəssislərə ətraflı məlumat verilib.

LATAK-ın mütəxəssisləri Mərkəzi Laboratoriyanın fəaliyyətini yaxından izlədiklərini və görülmüş işlərdən məmnun qaldıqlarını bildiriblər. Qeyd olunub ki, cari ilin sonunadək Mərkəzi Laboratoriyanın İSO-17025 akkreditasiyasından keçirilməsi planlaşdırılır.

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası akkreditasiyadan keçdikdən sonra burada aparılan analizlərin nəticələrinin Dünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı və digər beynəlxalq qurumların tələblərinə uyğunluğu tam təsdiqlənəcək.


Müəllif: