İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) cari ilin sentyabr ayına olan işsizlik göstəricilərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hesabat dövründə OECD ölkələrində işsizlik 7,3 faiz olub.
Məlumata görə, işsizlik cari ilin avqust ayında 7,4 faiz olub. Təşkilat daxilindəki işsizlik pandemiyadan əvvəlki fevral ayına nisbətən sentyabr ayında 2.1 faiz çoxdur.
OECD bölgəsindəki (15-24 yaş) gənclər arasında işsizlik sentyabrda 0,8 faiz bəndi azalaraq 14,6 faizə düşsə də, fevral ayına nisbətən 3,4 faiz bənd çoxdur.
OECD bəyanatında işsizlik səviyyəsindəki son enişləri ABŞ və Kanadadakı müvəqqəti ixtisarların geri dönməsi ilə xarakterizə edib. Bir çox ölkədə işsizlərin sayılmadığı da bildirilib.