14 Dekabr 2020 10:40
2 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döyüş meydanında uğurları ilə beynəlxalq medianın gündəmindən düşməyən Türkiyənin pilotsuz uçuş aparatı (PUA) və silahlı insansız hava aparatlarına (SİHA) tələb artmaqdadır.

Teleqraf.com xəbər verir ki, Tunis Müdafiə Nazirliyi peykdən idarəetmə qabiliyyətli ANKA-S PUA almaq üçün Türk Aviasiya və Kosmik Sənayesi A.Ş. (TUSAŞ) ilə müqavilə imzalayıb.

Razılaşma 3 ədəd ANKA-S PUA, 3 ədəd quru nəzarət stansiyasının təhvil verilməsini və Tunis Hava Qüvvələrinin 52 personalına təlim keçməyi əhatə edir.

Təxminən 80 milyon dollarlıq ixracat müqaviləsindən sonra tunisli pilot və texniki heyət Ankaradakı TUSAŞ müəssisələrində kurs keçəcək.

Qeyd edək ki, Türkiyə ilə Tunis arasında ANKA-S PUA ixracat danışıqları təxminən iki ildir davam edirdi. Tunis Müdafiə Nazirliyi 2019-cu ilin əvvəlində TUSAŞ-dən ANKA-S PUA tədarükü ilə bağlı danışıqlara başlamışdı.


Müəllif: Yeganə Oqtayqızı