“Forbes” jurnalı 2020-ci ildə “Youtube”un ən çox qazanan şəxslərini elan edib.
Teleqraf.com xəbər verir ki, jurnalın yayımladığı siyahıya görə, “Youtube" kralı ardıcıl üç ildir dəyişmir.
29 milyon 496 min 555 dollar qazancı ilə oyuncaq videolar çəkən 9 yaşlı Ryan Kaji "Youtube”dan ən çox pul qazanan şəxs olub. Saytdan əldə edilən gəlir Kajinı zirvədə qərarlaşdırıb.
ABŞ-ın Texas ştatında yaşayan Ryan ailəsinin təşəbbüsü ilə 2015-ci ildə videolar çəkərək kanalında yayımlamağa başlayıb. “Ryan's World” (Ryanın Dünyası) adlı kanal kiçik oğlana məxsus 9 kanaldan biridir. Kanalın 41,7 milyon abunəçisi və 12,2 milyard baxışı diqqət çəkir. Əsasən “Youtube”da oyuncaqları nəzərdən keçirən Ryanın bir televiziya kanalında da öz proqramı var.
“Youtube”da ən yaxşı qazanan 10 kanal:
1. Ryan Kaji - 29,5 milyon dollar
2. Bay Beast - 24 milyon dollar
3. Mükəmməl Dostum - 23 milyon dollar
4. Rhett və Link - 20 milyon dollar
5. Markiplier - 19,5 milyon dollar
6. Preston Arsement - 19 milyon dollar
7. Nastya - 18,5 milyon dollar
8. Blippi - 17 milyon dollar
9. David Dobrik - 16 milyon dollar
10. Jeffrey Lynn Steininger - 15 milyon dollar.