ABŞ prezidenti seçilmiş Co Baydenin sabah amerikalılara 2 min dollarlıq birbaşa yardımı nəzərdə tutan yeni stimul paketi təqdim edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, dəstək paketi koronavirusun yaratdığı böhrandan qurtulmağa yardım məqsədi daşıyır.
“Vaşinqton Post” qəzetinin məlumatına görə, Baydenin köməkçiləri bu məlumatları Konqres üzvləri ilə görüşdə bildiriblər.
Məlumata görə, dəstək paketinə hər bir amerikalıya 2 min dollarlıq birbaşa yardım da daxil ediləcək.
Qeyd edək ki, Co Bayden əvvəlki çıxışlarında ölkə daxilində daha çox iqtisadi dəstəyə ehtiyac olduğunu, bu səbəbdən yeni bir yardım paketinin gündəmə gəldiyini vurğulamışdı.