21 Yanvar 2021 13:39
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 20-də 56,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 56,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com