9 Fevral 2021 14:57
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin dövlət neft-qaz şirkəti olan “Qatar Petroleum” dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinin icrası üzrə inşaat şirkətləri ilə 29 milyard dollarlıq müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, sözügedən layihə ilə “Qatar Petroleum” LNG ixracat gücünü illik 43 faiz artıracaq.

Layihənin icrası yönündə “Chiyoda Corp.” və “Technip FMC” ilə razılığa gəlinib.

Qətər Enerji naziri və “Qatar Petrolunun” direktoru Saad Al-Kaabi iki şirkətlə təxminən 13 milyard dollarlıq müqavilə imzalandığını elan edib. Nazir bildirib ki, LNG potensialının artırılması layihəsinin ümumi dəyəri 28,75 milyard dollar olacaq.

Hasilatın 2025-ci ilin dördüncü rübündə başlayacağı və gündəlik təxminən 1,4 milyon barel neft ekvivalenti təşkil edəcəyi gözlənilir. Yeni layihə ilə Qətərin illik istehsalının 110 milyon tona çatması hədəflənir.

Qətər illik 77 milyon ton LNG ixrac edərək qlobal bazarda liderliyini qoruyur.


Müəllif: Yeganə Oqtayqızı