25 Fevral 2021 23:13
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada əhalinin artması və təmiz enerji qaynaqlarına meyl səbəbiylə qlobal təbii qaza tələbatın 2050-ci ilədək 50 faiz artımla 5 trilyon 920 milyard kubmetrə çatacağı təxmin edilir.

Teleqraf.com xəbər verir ki, bu, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yayımladığı hesabatda əksini tapıb.

Məlumata görə, təbii qaz enerji səbətində 2025-ci ilədək qlobal kömürü üstələyəcək, 2047-ci ildə isə ən çox istifadə olunan mənbəyə çevriləcək.

Bu çərçivədə mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin ümumi qaz ticarətindəki payı 2050-ci ilə qədər 56 faiz olacaq.

Çin, Avstraliya, Hindistan, ABŞ, Kanada, Meksika, Afrika, Avrasiya və Orta Şərq ölkələrində təbii qaz istehsalının artması gözlənilir. Avropada 2019-cu ildə 200 milyard kubmetr olan təbii qaz hasilatının isə 2050-ci ildən etibarən 70 milyard kubmetrə qədər azalacağı gözlənilir.

Hesabata görə, təbii qaza bir çox ölkələr təmiz alternativ yanacaq kimi üstünlük verəcək. Nəticədə 2019-cu ildə 2 faiz payı olan bərpaolunan enerji mənbələri 2050-ci ildə 10 faizə yüksələcək.

Təbii qaz kömür və neftdən daha təmiz yanacaq kimi seçilsə də, ötən il qaz qiymətlərinin enməsi və koronavirus epidemiyası səbəbindən təmiz hava maarifləndirmənin artması təbii qaza dəstəyi gücləndirəcək.


Müəllif: Yeganə Oqtayqızı