Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra edilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur. İlin iki ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7 faiz icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib”, - deyə nazir bildirib.