23 Aprel 2021 12:10
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Groupe Renault” 2021-ci ilin birinci rübü üçün maliyyə hesabatını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, epidemiyanın təsirinin davam etdiyi bir dövrdə şirkət ilin ilk 3 ayında 2020-ci ilin eyni dövrünə nisbətən 1,1 faiz artımla 665 min 38 avtomobil satıb.

İlin əvvəli 6 baldan yuxarı qiymətləndirilən qrupun mənfəət yönümlü ticarət siyasəti müsbət təsdiqlənib.

Açıqlamaya görə, qrupun dövriyyəsi 2021-ci ilin ilk rübündə 1,1 faiz azalaraq 10 milyard avroya düşüb. Avtovaz xaricində avtomobil əməliyyat mənfəəti 8.6 milyard avro səviyyəsində sabit qalıb.

“Renault”un Avropadakı bazar payı 3,9 faiz böyüyüb. Bu çərçivədə “Renault” markalı avtomobillərin satışları 2,7 faiz artaraq 250 min 163 ədədə çatıb.

Şirkət 2021-ci ilin ilk rübündə 42 min 951 elektrik və hibrid avtomobil satıb. İkinci rübdən etibarən “Renault”un üç yeni hibrid avtomobil modelini təqdim edəcəyi də gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı