4 May 2021 12:54
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 62,7 milyon ABŞ dolları təşkil edib və tələb tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 29-da keçirilən hərracda tələb 51,4 milyon ABŞ dolları olub. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 22 faiz və ya 11,3 milyon ABŞ dolları artıb.


Müəllif: Yeganə Oqtayqızı