15 İyun 2021 23:13
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniya Prezidenti Sami Hassan Suluh kriptovalyutalardan istifadə üçün ilk addım atıb.

Teleqraf.com xəbər verir ki, Prezident dünyada kriptovalyutaya olan marağın artdığına dıqqət çəkərək Tanzaniya Mərkəzi Bankına hazırlıqsız yaxalanmamaq üçün lazımi işlərə başlamağı tapşırıb.

O, dünyanın bir çox ölkəsinin rəqəmsal valyutaları qəbul etmədiyini, ancaq Tanzaniya Mərkəzi Bankının hazırlıq görməsi üçün proseslə yaxından maraqlanmalı olduğunu qeyd edib: “Kripto və "blokçayn" dövrü şəfəqlənir".

Qeyd edək ki, Mərkəzi Amerika ölkəsi El Salvador Konqresi iyunun 9-da kriptovalyuta bitkoini qanuni ödəmə vasitəsi kimi tanıyan qanunu qəbul edib. Bununla da El Salvador dünyada rəqəmsal valyutanı rəsmi olaraq qəbul edən ilk ölkə olub.


Müəllif: Yeganə Oqtayqızı