18 Sentyabr 2021 20:22
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aktiv neft qazma qurğularının sayı bu həftə 10 ədəd artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb.

Açıqlanan həftəlik məlumatlara görə, ABŞ-da qısamüddətli xam neft hasilatının göstəricisi hesab edilən qazma qurğularının sayı sentyabrda 10 ədəd artaraq 411-ə çatıb.

Qeyd olunur ki, ölkədə neft qazma qurğularının say son 1 ildə ümumi olaraq 232 ədəd artıb.


Müəllif: Yeganə Oqtayqızı