29 Sentyabr 2021 23:55
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hər gün təxminən 5 milyon çörək zibilliyə atılır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Palatalar və Birjalar Birliyi (TOBB) İdarə Heyətinin üzvü Özer Matlı açıqlayıb.

O, zibilə gedən hər bir yeməyin yalnız tullantıya deyil, həm də qlobal istiləşməyə və iqlim dəyişikliyinə səbəb olduğuna diqqət çəkib:

“İsrafın qarşısını almaq üçün vaxt itirmədən ədalətli, sağlam və ətraf mühitə uyğun bir sistem tətbiq edilməlidir. Qida israfçılığı dünyanın ən böyük problemidir. BMT-nin 2021-ci il qida tullantıları indeksi hesabatında dünyada hər il 931 milyon ton qidanın israf edildiyi açıqlanır. Təəssüf ki, Türkiyə hər il 93 kiloqramla dünyada adambaşına ən çox ərzaq israf edən ölkələr sırasındadır. Hər gün təxminən 5 milyon çörəyi zibilliyə atırıq.

Qlobal istixana qazı emissiyalarının təxminən 10 faizi istehlak edilmədən tullantılara gedən qidalardan qaynaqlanır”.


Müəllif: Yeganə Oqtayqızı