2 Noyabr 2021 00:53
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sonunadək dünya bazarında neftin qiyməti 90 dollar/barelədək arta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Goldman Sachs" bankının proqnozunda deyilir.

Bankın hesabatında qeyd olunur ki, ötən həftə neftin qiyməti 87 dollara yaxınlaşsa da, daha sonra 83 dollaradək azalıb.

Analitiklərin fikrincə, neftin qiymətlərində dəyişiklik İranın ABŞ-la nüvə sazişi ilə bağlı danışıqların bərpa olunması üzərində işləməsi, eləcə də Rusiyanın Avropanın yeraltı qaz anbarlarına qaz doldurulmasını bərpa etməsinin mümkünlüyü barədə açıqlamalar fonunda baş verib: "Amma bu xəbərlərin heç biri vəziyyəti fundamental şəkildə dəyişə bilməyəcək. İran danışıqları bərpa etsə belə, İran neftinin bazara 2022-ci ilin aprelinə kimi qaytıması real görünmür. Mövcud vəziyyətdə isə neftə tələbat 2022-ci ildə ehtiyatların son 13 ildə ən aşağı həddinə gətirib çıxara bilər".

"Goldman Sachs" analitiklərinin hesablamalarına əsasən, hazırda neft bazarında təklif və tələb arasında kəsir 2,5 milyon barel/sutka təşkil edir.


Müəllif: Teleqraf.com