30 Noyabr 2021 13:54
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz sərmayələrimizi restoran biznesinə deyil, zavodların tikilməsinə yatırmışıq. SOCAR-ın öz investisyaları üzrə təxminən 10 milyard dollara yaxın gəliri var. Məlumdur ki, bu 16,5 milyard dolların hamısı anacaq bizim pulumuz deyil. SOCAR-ın illik qazancı təxminən 750 milyon dollar olmalıdır. Məsələn, bu il 1 milyard dollar olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

Zaur Qəhrəmanov Türkiyədə gedən iqtisadi proseslərin onları qorxutmadığın deyib: "Çünki bizim lirə üzrə risklərimiz çox azdır. Pərakəndə satış üzrə risklərimiz ola bilər. Tutaq ki, bu gün satış etdik, lirəni dollara keçiririk və bizim bir günlük riskimiz yarana bilər. Topdansatış üzrə biz 90 faiz lirə riskindən uzağıq. Mən maşınların elektrikli olmasından da çəkinmirəm. Dünyada elektrikli maşınların ümumi həcmi 11 faiz təşkil edir. Mən Türkiyə riskindən yox, qlobal iqtisadi risklərdən daha çox çəkinirəm".


Müəllif: Yeganə Oqtayqızı