9 Dekabr 2021 11:51
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də fyuçers müqavilələrinin 95,8 avro olan bağlanış qiyməti dünən 7,5 faiz artaraq meqavatt/saat üçün 102,9 avroya çatıb.

Teleqraf.com xəbər verir ki, beləliklə təbii qaz qiymətləri son 7 həftənin ən yüksək səviyyəsinə yüksəlib.

Təbii qaz istehlakının sürətlə artdığı qış dövründə təchizatın qeyri-kafiliyi, təbii qaz anbarlarında doluluq nisbətinin aşağı düşməsi və Norveçdəki “Troll” qaz yatağında hasilatın pozulması bu artıma təsir göstərib.

Qeyd edək ki, Rusiyanın “Qazprom” enerji şirkəti dekabrın 6-da verdiyi açıqlamada Avropadakı yeraltı anbarlardakı təbii qazın 23,4 faizinin istifadə edildiyi bildirib.


Müəllif: Yeganə Oqtayqızı