Dünya bazarında neftin qıymətinin kəskin artması ABŞ-da yanacaq böhranına səbəb olub, artıq hər gallon üçün 4,17 dollara çatıb.
Teleqraf.com xəbər verir ki, martın 8-i səhərə qədər ABŞ-da bir qallon benzinin qiyməti 4,173 ABŞ dollarına çatıb - bu rəqəm tarixdə yanacağın ən yüksək orta qiyməti olub.
Əvvəlki antirekord 2008-ci ilin iyulunda ABŞ yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin 1 qallon üçün 4,11 ABŞ dollarına çatdığı vaxt qeydə alınıb. Bir il əvvəl istehlakçılar üçün benzinin qiyməti 2,7 ABŞ dolları idi.