2022-ci ilin yanvar ayında Avrozonada istehlak qiymətləri illik müqayisədə 5,1 faiz, fevralda isə 5,9 faizə çatıb. Cari ilin yanvar ayında Avropa İttifaqında (Aİ) inflyasiya illik müqayisədə 5,6 faiz, fevralda isə 6,2 faizə yüksəlib.
Teleqraf.com-un məlumatına görə, bu, Avropa Statistika İdarəsinin (Eurostat) Avropa İttifaqı (Aİ) ilə Avrozonanın ötən ayda topladığı illik inflyasiya məlumatlarında əks olunub.
Beləliklə, Avrozonada inflyasiya məlumatlarının “Eurostat” tərəfindən toplandığı son 25 ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.
Fevral ayında Avrozonada illik inflyasiya artımına ən böyük töhfəni 3,12 faizlə enerji məhsulları verib.
Hesabat dövründə inflyasiya Almaniyada 5,5 faiz, Fransada 4,2 faiz, İspaniyada 7,6 faiz, İtaliyada 6,2 faiz, Hollandiyada 7,3 faiz, Belçikada 9,5 faiz, Çexiyada 10 faiz, Estoniyada 11,6 faiz və Litvada 14 faiz təşkil edib.