30 Mart 2022 16:30
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Neftçilər Günü ərəfəsində neft-qaz sənayesi işçiləri üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində inşa edilən yeni yaşayış binası istifadəyə verilmişdi.

SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev çıxışında bildirmişdi ki, əməkdaşlara növbəlilik əsasında mənzillərlə təmin edilməsi şirkət üçün əsas prioritetlərdəndir: “Biz bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Maraqlıdır, bu il Neftçilər Günündə neftçilərə yeni mənzillərin verilməsi nəzərdə tutulurmu?

SOCAR-ın İctimaiyyətlə əlqələr və kommunikasiya xidməti Teleqraf.com-un sualını cavablandırıb.

“SOCAR sosial məsuliyyət layihələri çərçivəsində əməkdaşları üçün binaların tikilməsini davam etdirir. Yaxın illərdə yeni binaların yaşayış üçün təhvil verilməsi nəzərdə tutulur” - deyə, şirkət rəsmisi bildirib.


Müəllif: Yeganə Oqtayqızı