Türkiyə və Azərbaycan hər iki ölkəyə ciddi divdentlər qazandıracaq böyük iqtisadi layihəyə imza atır.
Teleqraf.com-un məlumatına görə, layihə hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı əhalinin işlə təmin olunması, ucuz bazarların təşkil edilməsi və bu istiqamətdə digər məsələlərin həyata keçirilməsi ilə yanaşı hər iki ölkənin milli maraqlarının təmin edilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Çoxsaylı şirkətləri özündə birləşdirən Aztürk Holdinqin koordinatorluğu ilə reallaşdırılan layihə Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafını sürətləndirəcək.
Layihə çərçivəsində əvvəlcə Azərbaycanda qida, tekstil, texnologiya, səhiyyə daxil olmaqla bir çox sektoru əhatə edən böyük və çeşidli bazarlar qurulacaq. Burada müxtəlif sahələrdə açılacaq yeni iş yerlərində minlərlə vətəndaşımız işlə təmin olunacaq.