“Neftin qiymətində artım davam edə bilər. Neft istehsalçıları qiymət artımlarını nəzarət altında saxlamaq üçün məsuliyyətli davranmalıdır, əks halda qlobal iqtisadiyyatda tənəzzül riski ön plana çıxa bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) prezidenti Fatih Birol Davos İqtisadi Sammitində bildirib.
Neft qiymətləri ilə bağlı xəbərdarlıq edən Birol yay aylarının çətin keçəcəyinə diqqət çəkib: “Normal şəraitdə neftə tələb artdığı üçün bu yay çətin keçəcək. Əsas sual Çin iqtisadiyyatındakı zəif performans səbəbiylə buradan gələn tələbin aşağı qalıb-qalmayacağıdır”.
O həmçinin Avropa, eləcə də qlobal neft bazarları üçün Rusiyadan neft idxalını azaltmağın asan olmayacağını da deyib.